Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan-Polşa işgüzar görüşü keçirilib

Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgi-Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin iştirakı ilə bu gün Azərbaycan-Polşa işgüzar görüşü keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Biznes Mərkəzində təşkil olunmuş tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, tikinti, maliyyə, ekologiya, inşaat materiallarının istehsalı və digər sahələri təmsil edən iş adamları iştirak edib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Polşa arasında əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin və görüşlərin əməkdaşlığın inkişafında xüsusi rolunu qeyd edib, Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan-Polşa əlaqələri bir çox sahələri, o cümlədən iqtisadi sahəni əhatə edir və uğurla inkişaf etdirilir. Azərbaycan və Polşa arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışan Ş.Mustafayev kənd təsərrüfatı, sənaye, infrastruktur, İKT, turizm, energetika və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanları diqqətə çatdırıb.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, ölkəmizdə makroiqtisadi sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunduğu, əlverişli biznes və investisiya mühitinin, müasir infrastrukturun yaradıldığı vurğulanıb, polşalı iş adamları fəal əməkdaşlığa dəvət edilib.

Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski Polşa və Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəmizdəki inkişafın Polşa tərəfində böyük təəssürat yaratdığını vurğulayıb. Polşa iqtisadiyyatına dair məlumat verən Y.Pexoçinski ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Qeyd olunub ki, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı və turizm sahəsində Azərbaycan böyük potensiala malikdir və Polşa tərəfi ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Bundan başqa, sənaye, kiçik və orta sahibkarlıq, investisiya və s. sahələrdə də ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün imkanlar var.

İşgüzar görüş çərçivəsində Azərbaycan və Polşa arasında iqtisadi əlaqələrin genişləndirilməsi (kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, turizm, ekologiya və digər sahələrdə) perspektivləri müzakirə edilib.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatına, ölkəmizin biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib, Polşa şirkətləri isə fəaliyyətləri barədə məlumat veriblər.

İşgüzar görüş sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]