Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycan Prezidenti: Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkəmizdə yeni reallıqlar yaradıb


Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilir və ölkəmizdə yeni reallıqlar yaradıb.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, – bu gün də əlbəttə, bu vəzifə qarşımızda durur, – bütün infrastruktur layihələri icra edilsin, müasir infrastruktur yaradılsın, elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorasiya problemləri həll olunsun, kənd yolları, magistral yollar tikilsin və bu, özlüyündə sürətli iqtisadi və sosial inkişafa təkan verəcək. Belə də oldu. Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafına dair artıq bir neçə Dövlət proqramı icra edilib, görərik ki, bu proqramların çox böyük əhəmiyyəti var. İnfrastruktur layihələri icra olunandan sonra biznes üçün daha da yaxşı şərait yaradıldı”.

Prezident əlavə edib ki, Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət aparır, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yeni ixrac bazarlarının araşdırılması və o bazarlara çıxmağımız ölkəmizin hərtərəfli inkişafına gətirib çıxarıb:

“Biz fəaliyyətimizi gələcəkdə də uğurla davam etdirəcəyik. Qeyri-neft sektorunun inkişafı prioritet sahədir, xüsusilə indiki şəraitdə ki, neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşüb. Biz indi qeyri-neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də ki, daha da fəal iş aparılacaqdır”.

Trend.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]