Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan Qazaxıstandan manevr teplovozları almaq niyyətindədir

Azərbaycan Qazaxıstandan manevr teplovozları almaq niyyətindədir“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Bayırcan Urınbasarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra Azərbaycan Dəmir Yolunun lokomotiv parkının yenilənməsi istiqamətində gələcəkdə Qazaxıstandan manevr teplovozlarının alınması, dəmiryol sahəsinin inkişaf etdirilməsi, tranzit yüklərin həcminin artırılması məsələləri müzakirə olunub.

Görüşdə “Qazaxıstan Dəmir Yolları” SC-nin vitse-prezidenti Bayırcan Urınbasarov və “Qazaxıstan İnkişaf Bankı” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr müavini Kanat Dosmukametov çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]