Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan qızıl medalla təltif edildi

Azərbaycan qızıl medalla təltif edildiAzərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 17-18 may tarixində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ə.Abbasov BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərdə İttifaqın Qızıl tərəfdaşı olan Azərbaycanın rabitə administrasiyasının rəhbəri kimi məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan hökuməti və İKT cəmiyyəti tərəfindən İttifaqı yubiley münasibətilə təbrik edən nazir BTİ-nin Azərbaycan Prezidenti cənab İlham Əliyevin “qara qızılı insan kapitalına çevirmək” doktrinası və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına verdiyi töhfəsini qeyd edərək, 1992-ci ildə BTİ-yə üzv olduğu vaxtdan ilk dəfə olaraq İttifaqın Şurasına seçilən ölkəmizi Cənubi Koreyanın Busan şəhərində keçirilmiş seçkilərdə dəstəkləmiş üzv dövlətlərə minnətdarlığını bildirib.

Çıxışdan sonra baş katib Houlin Zhao Qızıl Tərəfdaş olaraq BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərə böyük töhfəyə görə Azərbaycan Respublikasını və informasiya-kommunikasiya texnologiyalarının inkişafına verdiyi şəxsi töhfəsinə görə Ə.Abbasovu qızıl medal və sertifikatlarla təltif edib.

Yubiley tədbirinin rəsmi hissəsindən sonra Ə.Abbasov BMT-nin Cenevrə ofisinin baş direktor vəzifəsini icra edən Maykl Moller, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Kristian Bax, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Ruqandanın sahə üzrə administrasiya rəhbərləri, eyni zamanda, Regional Rabitə Birliyinin direktoru, ICANN təşkilatının prezidentinin baş müşaviri, BTİ-nin əməkdaşlıq və resursların mobilizasiyası diviziyasının direktoru, BTİ-nin MDB ölkələri üzrə bölməsinin rəhbəri ilə ikitərəfli görüşlər keçirmiş və Azərbaycanla əməkdaşlıq istiqamətlərini müzakirə edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]