Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi” adlı layihənin icrasına başlanılmışdır.


“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyəşdirilməsi ilə bağlı müsabiqədə iştirak etmiş və “Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi” adlı layihəsinin qalibi olmuşdur.
Layihə haqqında qısa olaraq bunu qeyd edə bilərik ki, bu layihə qaçqınların və məcburi köçkünlərin hüquqlarının tənzimlənməsindən bəhs edir. Azərbaycan Respublikasında və beynəlxalq aləmdə baş vərən dəyişikliklərlə bağlı «qaçqın» və «məcburi köçkün» statusu almış şəxslərin hüquqi vəziyyəti, həmin statusun şamil edilməsi, müddətinin konkret müəyyənləşdirilməsi, statuslara xitam verilməsi, qaçqınların və məcburi köçkünlərin hüquqlarını, azadlıqlarını və vəzifələrini tənzimləyən hüquqi normativ aktların şərhi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının Azərbaycan Respublikası daxilində və beynəlxalq müstəvidə müdafiəsi, onların iqtisadi və sosial problemlərinin daha səmərəli həll edilməsi və onların miqrasiya, məskunlaşma, rea¬bili¬ta¬si¬ya, bərpa və repatriasiya problemləri kimi məsələlər layihənin icra müddəti ərzində hazırlanacaq kitabda öz əksini tapacaqdır. Həmçinin, kitabda qaçqın və məcburi köçkün probleminin yaranma tarixi araşdırılır və təhlil edilir. Maraqlı cəhət budur ki, bugün Avropada yaşanan miqrant problemi Azərbaycanda tarixən neçə əsr bundan əvvəl yaşanmış və indiyədək davam edir. Bununla bağlı ən böyük tarixi dövr 19-cu əsrin əv-vəl¬lərində müasir İran ərazisindən Azərbaycana – Dağlıq Qarabağ ərazisinə miqrasiyası olub. Bun¬dan başqa 20-ci əsrin əvvəllərindən başlayaraq Ermənistan ərazisindən azərbaycanlıların Azər¬bay¬ca¬na qaçqın və məcburi köçkün kimi gəlişi xüsusi qeyd edilməlidir.
“Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avro¬pa İttifaqı çərçivəsində müdafiəsi” adlı layihənin icrası dövründə “Azərbay¬can¬lı qaçqın və məc¬bu¬ri köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstə¬vi¬sin¬də” adlı kitab nəşr olunması plan-laşdırılır.
Layihənin müddəti 1 avqust 2016-cı il tarixindən 1 dekabr 2016-cı il tarixinədək (4 ay) dövrü əhatə edir. Layihənin əsas məqsədləri və vəzifələri aşağıdakılardır:
Layihənin əsas məqsədləri – Azərbaycan Respublikası daxilində və beynəlxalq müstəvidə qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsinin şərh edilməsi, onların iqtisadi və sosial problemlərinin daha səmərəli həll edilməsi, qaçqın, məcburi köçkün və “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin özlərini təminetmə qabiliyyətlərinin inkişaf etdirilməsi, miqrasiya, məskunlaşma problemlərinin hüquqi cəhətdən izah edilməsi və qaçqın və məcburi köçkünlərin maarifləndirilməsidir.
Layihənin əsas vəzifələri isə Azərbaycan Respublikası ərazisində yaşayan qaçqın və məcburi köçkünlərin maarifləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanun¬veri-ciliyin və Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Qətnamələrin, müvafiq Konvensiyaların şər-hinin verilməsidir.
Layihənin icra müddəti ərzində paytax¬tımızda (Bakı şəhəri) və regionda (İsmayıllı rayo¬nu) keçiriləcək seminarların (tədbirlərin) “Azərbaycan Respublikasının qaçqın və məcburi köç¬kün¬lərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi” inkişafında müsbət təsiri olacaqdır. Bu baxımdan layihə çərçivəsində konkret tədbirlər reallaşdırmaq daha məqsədə uyğundur və layihə çərçivəsində görüləcək işlər aşağıdakılardır:
1) Qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı normativ nəzəri və tarixi materialların monoqrafiya formasında ümumiləş¬diril¬mə¬si;
2) Seminarların keçirilməsi və kitabın ictimaiyyət arasında təqdimatı;
3) Gənc nəsil arasında qaçqınların statusu və qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik müddəalarının və müvafiq Konvensiyaların izahı;
4) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ombudsman, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu kimi Azərbaycan Respublikasının dövlət orqanlarında tanıdılması və s.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]