Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycan, Rusiya, İran və Hindistan gömrük şərtlərinin razılaşdırılmasını müzakirə edəcək

Azərbaycan, Rusiya, İran və Hindistanın gömrük xidmətlərinin rəhbərləri yaxın gələcəkdə “Şimal-Cənub” dəhlizi layihəsi çərçivəsində gömrük şərtlərinin razılaşdırılmasını müzakirə edəcək.

Trend xəbər verir ki, bu barədə Hindistanın Rusiyadakı səfiri Pundi Şrinivasan Raqhavan RIA Novosti-yə müsahibəsində bildirib.

O qeyd edib ki, Hindistan öz məhsullarını, xüsusilə kənd təsərrüfatı məhsullarını tədarük etmək üçün qısa marşrutlar axtarmalıdır: “Burada “Şimal-Cənub” layihəsinin əhəmiyyətini vurğulamaq lazımdır. Layihənin icrasına başlamaq üzərində fəal işləyirik. Bu fəaliyyət sayəsində xərclər iki dəfə azalacaq. Hazırda bir çox detalı razılaşdırmaq qalır”.

Səfir bildirib ki, Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov bu layihə çərçivəsində gömrük şərtlərini razılaşdırmaq üçün yaxın zamanda Hindistan, İran və Azərbaycandan olan həmkarları ilə görüşməyi planlaşdırır: “19-21 avqustda Nyu Dehlidə keçiriləcək görüşdə 4 deyil, layihənin reallaşdırılmasında iştirak edən 8 ölkə iştirak edəcək. Bu məsləhətlər işi aktivləşdirməlidir. Biz layihənin icrasına 2016-cı ildən başlamaq istəyirik”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]