Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan Rusiya qaz kəmərinin təhlükəsizliyini təmin edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İST) “Robust Noise Monitoring” (RNM) diaqnostika və idarəetmə monitorinq sistemi Rusiyanın tikdiyi “Sibirin gücü” magistral qaz kəmərinin təhlükəsizliyini təmin edəcək.

Qaz kəməri Yakutiya qazının Primorsk diyarına və Asiya-Sakit okeanı regionuna tədarükü üçün istifadə olunacaq.

Qaz kəmərinin təhlükəsizliyini təmin etmək üçün RNM-in tətbiq edilməsi layihəsini İST-in Sankt-Peterburq Elmlər Akademiyasının Arktika Cəmiyyəti ilə daha əvvəl əldə etdiyi razılaşmaya əsasən reallaşdırmaq planlaşdırılır. Akademiyanın rəhbərliyi monitorinq sisteminin işi ilə tanış olub.

İST-in xüsusi konstruktor bürosu Azərbaycanın SINAM İT şirkəti ilə birlikdə layihənin reallaşdırılması ilə məşğul olacaq.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]