Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan Rusiya şirkətlərinə qarşı tələblər irəli sürdü

Azərbaycan Rusiya şirkətlərinə qarşı tələblər irəli sürdüKənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Azərbaycana heyvan mənşəli məhsullar idxal etmək istəyən Rusiya şirkətlərinə qarşı tələblər irəli sürüb.

Bu barədə Trend-ə DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, avqustun 21-də Moskvada Rusiya müəssisələrinin təftişinin yekun mərhələsinə dair Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) nümayəndə heyətləri ilə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin (“Rosselxoznadzor”) nümayəndə heyətlərinin görüşü keçirilib: “Rosselxoznadzor” azərbaycanlı ekspertlərin avqustun 16-dan 21-dək Rusiya müəssisələrində apardığı, bu müəssisələrdə istehsal edilən heyvan mənşəli məhsulların (mal əti, quş əti) Azərbaycana satışı üzrə ixrac potensialını inkişaf etdirmək imkanı yaradılmasına yönəlmiş işə görə onlara təşəkkürünü bildirib. Tərəflər qeyd ediblər ki, “Rosselxoznadzor” və Azərbaycan DBNX-nin mütəxəssislərinin Rusiyanın beş subyektində (Voronej, Bryansk və Orenburq vilayətləri, Stavropol diyarı və Tatarıstan Respublikası) yerləşən heyvan məşəli məhsullar istehsal edən 7 Rusiya müəssisəsində apardığı təftiş işləri yekunlaşıb. Azərbaycanlı inspektorlar səfər çərçivəsində vilayətlərarası baytarlıq laboratoriyalarının fəaliyyəti ilə də tanış olublar. Onlar rusiyalı mütəxəssislərin hazırlıq səviyyəsini, habelə laboratoriyaların zəruri avadanlıqlarla təchizatının vəziyyətini yüksək qiymətləndiriblər”.

Y.Xanvəli qeyd edib ki, aparılmış təftişin yekunlarına əsasən, DBNX ilkin hesabat tərtib edəcək və həmin hesabatı “Rosselxoznadzor”un ünvanına göndərəcək: “Hesabatda aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılmasına dair tövsiyələr öz əksini tapacaq. Bundan əlavə, Azərbaycana heyvandarlıq məhsulları göndərilərkən irəli sürülən baytarlıq-sanitariya tələbləri yaxın vaxtlarda “Rosselxoznadzor”a təqdim ediləcək”.

Mətbuat xidmətinin rəhbəri deyib ki, Azərbaycanlı müfəttişlər “Rosselxoznadzor”a bildiriblər ki, 2016-cı ildən etibarən bu qurumun nəzarəti altında Azərbaycana gətirilən məhsullar idxalatçıların reyestrinə daxil edilmiş müəssisələrdə istehsal olunmalıdır: “Bu tələb heyvanların yetişdirilməsi ilə, habelə insanların qidalanması üçün nəzərdə tutulmayan məhsullar istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə şamil edilmir. Bununla əlaqədar, “Rosselxoznadzor” istehsal etdikləri məhsulun Azərbaycan ərazisinə çatdırılmasında maraqlı olan Rusiya müəssisələrinin siyahısını yaxın müddətdə DBNX-yə təqdim edəcək. Bu halda Azərbaycan tərəfi həmin müəssisələrdə təftiş işləri aparmaq hüququnu özündə saxlayır”.

Y.Xanvəli əlavə edib ki, “Rosselxoznadzor” rusiyalı inspektorlar tərəfindən attestasiya edilmiş müəssisələrin heyvandarlıq məhsullarını Azərbaycan ərazisinə göndərməyə bu şərtlə hazır olduğunu təsdiq edib ki, təftiş zamanı bildirilmiş iradlar aradan qaldırılsın: “Bu fəaliyyət çərçivəsində etibarsız sertifikatlaşdırmanı istisna edən və təhlükəli məhsulların qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisindən Rusiyaya çatdırılması cəhdlərinin qarşısını alan yanaşmalar tətbiq edilməlidir. “Rosselxoznadzor”da vurğulayıblar ki, heyvanların yoluxucu xəstəliklərinin qarşısının alınması və bu xəstəliklərə qarşı mübarizə sahəsində müştərək elmi-texniki araşdırmalar və tədqiqat proqramları gələcək ikitərəfli əməkdaşlığın perspektivlərindən biri ola bilər. Tərəflər bu səfərin və sonrakı dialoqun əhəmiyyətini qeyd edərək vurğulayıblar ki, bu, Rusiya-Azərbaycan münasibətlərinin konstruktiv inkişafına imkan verəcək, iki ölkə arasında qarşılıqlı etimad əsasında ticarət dövriyyəsinin artırılmasına şərait yaradacaq”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]