Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan səmt qazının yığılması səviyyəsini artırıb

SOCAR Qaz İxrac İdarəsi tərəfindən 2013-cü ildən etibarən “Bahar Enerji”, “Balaxanı”, “Şirvan Oyl”, “Salyan Oyl”, “Qarasu”, “Neftçala” və “Suraxanı” əməliyyat şirkətləri tərəfindən hasil olunan aşağı təzyiqli səmt qazının yığılaraq qaz-nəql sisteminə itkisiz ötürülməsi məqsədilə bir sıra tikinti və yenidənqurma işləri həyata keçirilir. Trend-in məlumatına əsasən, bu barədə şirkətin yaydığı xəbərdə deyilir.

Ötən müddət ərzində “Salyan Oyl” ƏŞ-nin “Qarabağlı” sahəsində hasil olunan aşağı təzyiqli səmt qazının tam həcmdə yığılaraq sıxılıb nəql kollektoruna vurulması üçün 6 ədəd kompressor aqreqatı (5-i işçi, 1-i isə ehtiyat), kompressorların çıxışında qazsoyutma sistemi, separator və qaz ölçü qovşağı quraşdırılıb, transformator yarımstansiyası, xarici elektrik təchizatı, operator otağı, su təchizatı və daxili kanalizasiya sistemi tikilmiş, sahə abadlaşdırılıb. Bu, sutkada 50 min kubmetr səmt qazının yığılaraq nəql sisteminə vurulmasına imkan yaradıb.

“Balaxanı” ƏŞ tərəfindən səmt qazının yığılıb təhvil verilməsi üçün fiziki və mənəvi cəhətdən köhnəlmiş kompressor stansiyasının ərazisində hər birinin gücü sutkalıq 50 min kubmetr təşkil edən 2 ədəd Almaniya istehsalı müasir qurğudan ibarət yeni kompressor stansiyası tikilib. Kompressorların girişində və çıxışında qazın mexaniki qarışıqlardan təmizlənməsi üçün separator quraşdırılıb. Stansiya ən müasir elektrik təchizat sistemi və nəzarət ölçü cihazları ilə təmin edilib. Hazırda soyutma və drenaj sistemləri quraşdırılır, korroziyaya qarşı mühafizə tədbirləri görülür. Cari ilin oktyabr ayında tikintisi başa çatacağı obyektin istismara verilməsi ilə sutkada 50 min kubmetr həcmində qazın nəql sisteminə vurulması təmin ediləcək.

Bundan əlavə, “Qarasu” ƏŞ-nin ərazisindəki köhnə qaz ölçü qovşağının yenisi ilə əvəz olunması nəzərdə tutulur. Yeni tikiləcək “Qarasu” qaz ölçü qovşağında səmt qazının maye və bərk qarışıqlardan təmizlənməsi üçün qurğunun, təzyiq tənzimləyici qurğunun, odarant qurğusunun və digər zəruri texnoloji qurğu və avadanlıqların quraşdırılması planlaşdırılır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]