Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan Səudiyyə Ərəbistanı bazarına İT-xidməti ixrac edəcək

Azərbaycanın “CarDoctor” İT-şirkətinin nəqliyyat vasitələrinin onlayn diaqnostika xidməti Səudiyyə Ərəbistanı bazarına ixrac ediləcək. Bu barədə Trend-ə “CarDoctor” layihəsinin rəhbəri Azər Əliyev deyib.

Onun sözlərinə görə, verilmiş xidmətin bu ölkəyə ixracı ilə bağlı ilkin razılıq ötən həftə Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda əldə edilib.

Səudiyyə Ərəbistanının “ISE” şirkətinin rəhbərliyi idman avtomobillərinin diaqnostikası və vaxtında təmiri üçün “CarDoctor” xidmətindən istifadə edilməsində maraqlı olduqlarını bildirib.

Yaxın zamanda Səudiyyə Ərəbistanında iki şirkət arasında əməkdaşlığın detallarına baxılacaq.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]