Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan tələbələri üçün energetika üzrə təlimlər keçirildi

Azərbaycan tələbələri üçün energetika üzrə təlimlər keçirildi Hər il keçirilən ənənəvi yay tədris proqramı çərçivəsində “Schneider Electric” şirkəti Azərbaycan Respublikasında ali məktəb tələbələri üçün energetika üzrə təlim kursları təşkil edib.

“Schneider Electric”in Azərbaycandakı filialından Trend-ə verilən məlumata görə, kurslara bir aylıq yay tədris proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası və Bakı Ali Neft Məktəbindən 40 tələbə cəlb olunub.

Bu təlim kursları zamanı tələbələr enerjidən səmərəli istifadə, kommersiya və yaşayış təyinatlı tikintilərdə idarəetmə sistemləri, sənayenin avtomatlaşdırılması, enerjinin ağıllı idarəetmə çözümləri, elektrik paylama sistemləri, məlumat mərkəzləri, enerji təchizatı və soyutma sistemləri sahələri üzrə öz biliklərini dərinləşdiriblər.

“Schneider Electric”in Mərkəzi Asiya ölkələri üzrə müdir Emrah Tekdemirin sğözlərinə görə, tələbələrlə öz qlobal bilik və təcrübələrini bu təkrarolunmaz bilik və texnologiyaların Azərbaycanın sabahı üçün istifadə edə bilməsi üçün paylaşırlar: ““Schneider Electric-də biz inanırıq ki, enerji barədə ağıllı seçimlər etmək məsələsinə gəldikdə, öz yaş və mövqeyindən asılı olmayaraq, hər kəs fərq yarada bilər. Biz enerjini yaratmaq, paylamaq və istehlak etmək tərzimizi dəyişmək üçün yalnız bir ömür yaşayırıq. Universitet tələbələri üçün tədris-təlim proqramları sayəsində biz böyüyən nəslin harada olursa-olsun, öz peşəkar karyeralarını qurmaq və dəyişiklik yaratmaq gücünə malik olduğunu təmin edə bilərik. Biz tələbələrlə öz qlobal bilik və təcrübəmizi paylaşırıq ki, onlar bu təkrarolunmaz bilik və texnologiyalarını Azərbaycanın sabahı üçün istifadə edə bilsinlər.”

Qeyd edək ki, 2007-ci ildən bəri qlobal enerji idarəetməsi sahəsində lider olan “Schneider Electric” 6 tədris laboratoriyası qurmuş və Azərbaycanın texniki universitetlərinin təxminən 600 tələbəsinin ölkənin davamlı inkişafı üçün yerli, yüksək bacarıqlara malik enerji mütəxəssisləri kimi böyüməsi məqsədilə təkmil bilik və təcrübəsi onlara paylaşmışdır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]