Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycan türkdilli ölkələrin incəsənət ustalarının konsertində təmsil olunacaq

Azərbaycan türkdilli ölkələrin incəsənət ustalarının konsertində təmsil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Prezident mükafatçısı Afaq Abbasova-Budaqova iyunun 20-dən 27-dək Türkmənistanda TÜRKSOY-un xətti ilə keçiriləcək türkdilli ölkələrin incəsənət ustalarının konsertində iştirak edəcək.

Türk dünyasının ən məşhur vokal ustalarının çıxış edəcəyi konsertlər iyunun 23-də Marı, 25-də isə Türkmənabad şəhərində baş tutacaq.

A.Abbasova-Budaqova konsertlərdə Türkmənistan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin və Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyalarını ifa edəcək.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]