Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycan Ukraynadan 10 təyyarə alacaq

Ukraynanın yeganə təyyarə istehsalçısı “Antonov” dövlət müəssisəsi 12 ədəd “An-178” təyyarəsini Çin və Azərbaycana satmağı planlaşdırır.

Trend-in UNİAN-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanın “Silkway Airlines” şirkəti üçün 10 təyyarənin tədarük edilməsi ilə bağlı saziş imzalanıb.

Məlumata görə, “Silkway Airlines” “An-178” təyyarələrinin ilk sifarişçisidir. Bundan başqa, Çinin “Beijing A-Star Airspace and Technology Co” şirkəti ilə 2 ədəd “An-178” təyyarəsinin satın alınmasına dair niyyət protokolu imzalanıb.

Bununla belə, təyyarələrin çatdırılma vaxtı sifarişçilərin tələbinə əsasən açıqlanmır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]