Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan və İndoneziya birgə bəyannamə imzalayıblar

Azərbaycan və İndoneziyanın Energetika nazirlikləri birgə bəyannamə imzalayıblar. Bəyannamə iki ölkə arasında enerji əməkdaşlığı üçün baza olacaq. Bunu Trend-ə İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Said deyib.

Nazir bilidirib: “Biz xüsusi nümayəndələrin təyin edilməsində razılığa gəldik və bu işçi qrupları tezliklə görüşlər keçirəcəklər. Görüşlər əməkdaşlığımızın genişləndirilməsinə yardım edəcək”.

S.Said qeyd edib ki, Azərbaycan rəhbərliyi ilə səmərəli görüşlər keçirib: “Görüşlərdə iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını müzakirə edildi”.

Onun sözlərinə görə, Azərbaycan İndoneziyanın enerji infrastrukturunun inkişafına yardım edə bilər: “Biz istehsal etdiyimizdən daha çox istehlak edirik, buna görə də Azərbaycanla enerji əməkdaşlığını inkişaf etdirməliyik”.

Nazir diqqətə çatdırıb ki, Azərbaycana şaxələndirmə lazımdır və İndoneziya buna yardım edə bilər.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]