Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan və İranın texnologiya parkları əməkdaşlıq protokolu hazırlayır

“Azərbaycanın “Yüksək Texnologiyalar Parkı” MMC və İranın “Pardis” texnologiya parkı arasında əməkdaşlıq birgə protokolla möhkəmlənəcək. Protokolun beynəlxalq “BakuTel-2015” telekommunikasiya sərgisi çərçivəsində imzalanacağı gözlənilir”.

Bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov İranın texnologiya parkının rəhbərliyi ilə görüşü şərh edərkən deyib.

Aparat rəhbərinin başçılığı altında Azərbaycan nümayəndə heyəti İranda keçirilən IV Beynəlxalq “INOTEX-2015” innovasiyalar və texnologiyalar sərgisində iştirak edir.

V.Zeynalovun sözlərinə görə, Tehrana səfər çərçivəsində nazirliyin nümayəndə heyəti İran texnoparkının fəaliyyətini və onun ərazisində istehsal olunan məhsulları ətraflı öyrənib: “Görüşün yekunlarına əsasən, bu sahədə əməkdaşlıq üzrə protokolun hazırlanması barədə razılıq əldə olunub. Protokolun “BakuTel-2015” sərgisi çərçivəsində imzalanacağı gözlənilir”.

Azərbaycanın “INOTEX-2015” sərgisində iştirakına münasibət bildirən nazirlik nümayəndəsi qeyd edib ki, Azərbaycanın milli pavilyonu İranın vitse-prezidenti Surin Səttarinin diqqətini cəlb edib: “O, stenddə təqdim olunan Azərbaycan istehsallı portativ və planşet kompüterlərlə yaxından tanış olub”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]