Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan və Küveyt aviadaşımaları təkmilləşdirir

Azərbaycan və Küveyt iki ölkə arasında aviadaşımalar üzrə xidmətlərin təşkili sahəsində saziş və anlaşma memorandumu imzalayıblar. Bu barədə Trend Küveyt mətbuatına istinadən məlumat verir.

İki ölkənin mülki aviasiya administrasiya rəhbərləri arasında aparılmış danışıqlar aviadaşıma prosedurunun yaxşılaşdırılmasına, mülki aviasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə və aviaxidmətlərin göstərilməsində maksimum rahatlığa istiqamətlənib.

Məlumata əsasən, saziş sərnişindaşımaını asanlaşdırmaq üçün hər iki ölkənin bəzi aviaşirkətləri arasında kommersiya əməkdaşlığını nəzərdə tutur. Bura, həmçinin nəqliyyat hüquqlarının mübadiləsi, mülki aviasiyada təhlükəsizlik və uçuşlar sahəsində fəaliyyətin əlaqələndirilməsini yaxşılaşdırmaq üçün bir sıra imtiyaz və imkanlar daxildir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]