Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan və Rusiya heyvandarlıq məhsullarının qarşılıqlı tədarükünə hazırlaşır

Rusiyanın heyvandarlıq məhsulları tədarükçüləri Azərbaycana ixraca başlamaq istəyirlər. Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) həmkarlarına zəruri təftişlərin aparılması haqqında müvafiq sorğu göndərəcəklər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu qurumun mətbuat katibi Yuliya Melano deyib.

Onun sözlərinə görə, söhbət Azərbaycana heyvandarlıq məhsullarının tədarükündən gedir, Rusiya müəssisələrinin buna marağı var: “Federal Xidmət belə imkanları təmin etməyə hazırdır”.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Trend-ə bildirib ki, “Rosselxoznadzor”dan belə təklif daxil olmayıb: “Əgər belə müraciət daxil olsa, ət məhsullarının gətiriləcəyi regionda epizootik şəraiti, müvafiq baytarlıq şəhadətnamələrini, keyfiyyət sertifikatlarını və digər sənədləri yoxlayacağıq. Beynəlxalq Epizootik Büro tərəfindən müəyyən edilmiş bu qaydalar təkcə Rusiya deyil, bütün ölkələr üçün eynidir”.

Y.Xanvəli qeyd edib ki, hazırda Azərbaycan üç ölkədən heyvandarlıq məhsullarını idxal edir: “Mal ətini Braziliya və Ukraynadan, camış ətini isə Hindistandan gətiririk”.

Daha əvvəl “Rosselxoznadzor” Azərbaycanda süd məhsulları istehsalı üzrə müəssisələrin qiymətləndirilməsini aparmışdı ki, həmin məhsulları Rusiyaya ixrac etsin. Bu məqsədlə” Atena”, “Milk-Pro”, “Ucar Aqro” və “AZFP CO LTD” şirkətləri seçilmişdi. Onların məhsulları Gömrük İttifaqının (Rusiya, Belarus və Qazaxıstan) malların reyestrinə daxil edilmişdi.

Y.Xanvəli diqqətə çatdırıb ki, bu şirkətlər məhsullarını hələ tədarük etməyə başlamayıblar.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]