Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan və Türkmənistan xarici işlər nazirləri Xəzərdə əməkdaşlıq məsələlərini müzakirə ediblər

Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 28-də Antaliyada keçirilən Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir.

Görüşdə Azərbaycan və Türkmənistan arasında ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi dialoqun inkişafı və əməkdaşlıq dairəsinin genişlənməsi ilə əlaqədar məmnunluq ifadə olunub.

Son illər ərazində Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasının müsbət tendensiya olduğu bildirilib. Qarşılıqlı səylər vasitəsilə iki ölkənin malik olduğu zəngin potensiala uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu nəzərdən keçirilib.

Hökumətlərarası əməkdaşlıq komissiyasının iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı üçün mühüm rola malik olduğu qeyd olunub.

Xəzər dənizinin iki ölkəni birləşdirən dəyər olduğu vurğulanaraq, enerji və nəqliyyat sahəsində əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi nəzərə çatdırılıb.

Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət vurğulanıb. Bu formatda olan toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]