Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan və Ukrayna dəmiryollarının gələcək planları müzakirə olunub

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Ukraynanın Azərbaycandakı səlahiyyətli səfiri Aleksandr Mişenko və Ukrayna energetika nazirinin müşaviri İqor Ruban ilə görüş keçirilib.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

İkitərəfli görüşdə, həmçinin Ukrayna və Azərbaycan ölkələrinin dəmiryollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri, Ukraynaya Azərbaycan üzərindən transit potensialının artırılması məsələləri müzakirə olunub. Sonra səfir A.Mişenko və Ukrayna energetika nazirinin müşaviri İ.Ruban çıxış edərək, “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildirib.

Qeyd edək ki, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]