Sorğu

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« May    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Azərbaycan vətəndaşlığına qəbulla bağlı qanuna edilən dəyişiklik qüvvəyə minib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

“Report”un xəbərinə görə, qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) maddəsində dəyişiklik edilib.

Belə ki, maddənin ikinci hissəsinə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. Dəyişikliklə hissənin sonuna “(bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla)” cümləsi əlavə edilir.

Bundan başqa, dəyişikliklə “2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir” hissəsi də əlavə edilib.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com