Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan xarici ticarəti 3 dəfə azaldıb

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 29,54 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Bu dövr ərzində Azərbaycan 142 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, ilk yeddi ay ərzində Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 12,8 milyard dollar təşkil edib.

Xarici ticarət əməliyyatlarında 2,17 milyard dollardan çox müsbət saldo yaranıb. 2014-cü ilk yeddi ayında xarici ticarət əməliyyatlarının profisiti 8,4 milyard dollar olub.

Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 5241 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 2954-ü hüquqi, 2287-si isə fiziki şəxsdir.

Yanvar-iyul aylarında 7,47 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 43,6 faiz azdır.

İxrac əməliyyatlarında dövlət sektorunun payı 6,67 milyard dollar, özəl sektor – 697,6 milyon dollar, fiziki şəxslərin payı isə 108, 8 milyon dollar olub.

2015-ci ilin ilk yeddi ayının nəticəsi üzrə idxal 5,3 milyard dolları ötüb ki, bu da 2014-cü eyni dövründə qeydə alınan göstəricidən 8,61 faiz çoxdur.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 1,03 milyard dollar, özəl sektor – 4,1 milyard dollar, fiziki şəxslərin payı isə 192,4 milyon dollar olub.

2015-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 1912 adda məhsul ixrac edilib, 5666 adda məhsul isə ölkəyə idxal olunub.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]