Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan yük avtomobillərinin istehsalını artırıb

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 182 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 14,5 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-iyul aylarının yekunu üzrə hesabatında deyilir.

Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 325 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 78,5 faiz azdır.

Cari ilin ilk yeddi ayında ölkədə 610 traktor istehsal edilib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 14 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod – Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]