Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycana içməli su adı altında narkotik vasitə keçirməyə cəhd olunub

Ölkə ərazisinə içməli su adı altında narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşları Qədirov Şirxan Balamir oğlu və Paşayev Zaur Böyükağa oğlunun hərəkətləri gömrük əməkdaşlarında şübhə doğurduğundan saxlanılaraq onlarla şifahi sorğu-sual aparılıb.

Əvvəlcə Ş.Qədirova məxsus 1 ədəd sellofan torbaya baxış keçirilib. Baxış zamanı selofan torbada üzərində “Zam Zam Natural Mineral Water” sözləri yazılmış 2 ədəd plastik qabların birindən 500 ml, digərində isə 90 ml olmaqla ümumilikdə 590 ml, təsiredici maddəsinin miqdarı isə 0,6 qram, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxil olan metadon məhlulu aşkar olunub.

Daha sonra Ş.Qədirovun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı ona məxsus mobil telefonun içərisindən gömrük nəzarətindən gizlədilən, 2 ədəd bükümdə ümumi xalis çəkisi 0,373 qram olan narkotik vasitə – heroin aşkar edilib.

Z.Paşayevin üzərində aparılan şəxsi yoxlama zamanı isə onun corabından gömrük nəzarətindən gizlədilən, 1 ədəd bükümdə xalis çəkisi 0,132 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

Faktla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]