Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycana xarici mütəxəssislərin cəlb edilməsi mexanizmi üzrə layihə yayda hazır olacaq

Azərbaycana xarici mütəxəssislərin cəlb edilməsi mexanizmi üzrə layihənin hazırlanması iki ay ərzində yekunlaşacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov deyib.

Onun sözlərinə görə, bu mexanizm çərçivəsində bürokratik prosedurları azaltmaq, əcnəbilər üçün iş icazəsinin müddətini (hazırda 1 ildir) artırmaq planlaşdırılır.

V.Məmmədov qeyd edib ki, bu mexanizm yerli əhali arasına işsizliyin artmasına səbəb olmayacaq: “Çünki söhbət yüksəkixtisaslı əcnəbi işçi qüvvəsindən gedir. Biz yeni texnologiyaların tətbiqi üzrə tələbat yaranacaq mütəxəssisləri cəlb edəcəyik. Hər il xaricilər üçün kvotanı azaldırıq ki, əmək bazarına daha çox milli kadrları cəlb edək”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]