Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda 2016-cı ildə büdcə kəsirinin azalmasının 2 şərti

Görünür, 2016-cı ildə Azərbaycanda büdcə kəsiri ÜDM-in 2-2,5 faizini təşkil edəcək. Bu barədə Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

O bildirib ki, bu göstərici ölkə iqtisadiyyatı üçün təhlükə törətmir: “Bəzi ölkələrin büdcə kəsirləri ÜDM-in 20-30 faizini təşkil edir. Nəzərə almaq lazımdır ki, “qara qızıl”ın qiymətlərinin qalxması nəticəsində neft gəlirlərinin artması və ölkənin qeyri-neft ixracının artımından gələn daxilolmalar büdcə kəsirinin azalmasına imkan yarada bilər”.

Deputatın sözlərinə görə, 2016-cı il üçün büdcə göstəricilərinin proqnozlaşdırılması zamanı neftin 1 barelinin qiyməti 50 dollar həcmində götürülüb: “Əksər beynəlxalq maliyyə institutlarının proqnozlarına əsasən gələn il neftin 1 barelinin orta qiyməti 50-55 dollar arasında dəyişəcək”.

R.Quliyev qeyd edib ki, dövlət büdcəsi dünya və Azərbaycan iqtisadiyyatında baş verən proseslər nəzərə alınaraq tərtib edilib və büdcədə nəzərə alınan əsas amil qeyri-neft sektorunun, xüsusilə də qeyri-neft ixracının inkişafı olacaq: “Gələcək iqtisadi artımın hərəkətverici qüvvəsi hesab edilən, qeyri-neft sektoruna təkan verə biləcək texnoparkların inkişafına daha çox diqqət ayrılacaq. Son illər Azərbaycanda qeyri-neft sektorunun artım tempi neft sektorunun artım tempi ilə yanaşı, ümumilikdə ölkə iqtisadiyyatını qabaqlayır. Dövlət büdcəsində, həmçinin əhalinin sosial təminatı və ölkənin müdafiə potensialının gücləndirilməsi məsələlərinin həllinə böyük diqqət ayrılacaq”.

O bildirib ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələrin azalması ondan xəbər verir ki, Azərbaycan neft fondunun vəsaitini qısamüddətli hədəflərə xərcləməyi planlaşdırmır, belə ki, bu, ölkə iqtisadiyyatının qlobal iqtisadi tərkib hissəsidir.

Deputatın sözlərinə görə, ümumilikdə büdcə paketi dünya iqtisadiyyatındakı qeyri-sabit vəziyyət və bunun Azərbaycana təsiri nəzərə alınmaqla tərtib edilib, ona görə də əhalinin narahatlığına heç bir səbəb yoxdur.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]