Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda 476 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

2015-ci ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 78,396 müqavilə qeydiyyata alınıb.

Trend-in İSB-yə istinadən verdiyi məlumata görə, bunların 13,769-u xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,3 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 13%, sığorta haqlarının məbləğində isə 25% artım müşahidə edilib.

2015-ci ilin yanvar-iyun ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 476 minə yaxın sığorta müqaviləsi bağlanılıb və bu müqavilələr üzrə sığorta haqları 36,4 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 14%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]