Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda abonentlərin elektrik şəbəkəsinə qoşulması proseduru sadələşdirildi

“Elektron hökumət” portalında xidmətlərini təqdim edən dövlət qurumlarının sırasına yenisi qoşulub. Trend-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata əsasən, artıq “Azərişıq” ASC portal üzərindən “Texniki Şərt üçün müraciət forması” elektron xidmətini göstərməyə başlayıb.

Sözügedən xidmət vasitəsilə elektrik təchizatına texniki şərtlərin verilməsi üçün quruma müraciət etmək olar.

Obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri, gərginliyin səviyyəsi, qoşulması nəzərdə tutulmuş gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər, elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər, elektrik enerjisinin uçotuna olan tələblər və s. göstərilir.

Bu elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiya olunması ilə portalda təqdim olunan xidmətlərin sayı 420-yə çatıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]