Sorğu

Loading ... Loading ...

Təqvim

Август 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Azərbaycanda Azad Sənaye Zonası yaradılmalıdır

Azərbaycanda Azad Sənaye Zonası yaradılmalıdır Məlum olduğu kimi, 2014-cü il respublikamızda “Sənaye İli” kimi qəbul olunmuşdur. Son illər ölkəmizdə davam edən iqtisadi inkişaf təsərrüfatın bir çox sahələrini əhatə etmişdir. Bu baxımdan sənayenin inkişaf etdirilməsi iqtisadiyyatın davamlı inkişafında mühüm rol oynayır. Sənayenin daxili quruluşunda hər bir sahənin inkişaf etdirilməsi üçün müvafiq xammal ehtiyatları, ixtisaslı mütəxəssislərin olması, müvafiq infrastrukturun mövcudluğu başlıca rol oynayır. Respublikanın regionlarının bu baxımdan müxtəlif vəziyyəti təbii ki, sənaye sahələrinin inkişaf istiqamətlərini və ixtisaslaşmasını müəyyən edir. Sənaye sahələrinin böyük əksəriyyəti əsasən ağır sənaye sahələri həddindən artıq enerji və kapital tutumlu olaraq daha səmərəli inkişaf etdirilməsi tam istehsal dövriyyəsini əhatə etməlidir. Daha dəqiq desək, xammaldan son hazır məhsulun istehsalını nəzərdə tutur. Dünya təcrübəsi göstərir ki, bəzi sənaye sahələrin inkişafı təkcə ölkədaxili miqyasda demək olar ki, mümkünsüzdür. Yəni, istehsal müəssisəsi həm ölkədaxili, həmçinin bir çox xarici müəssisələrlə kooperasiya əlaqələri ilə bağlıdır. Xüsusən də bu maşınqayırma sənaye sahələrinə aiddir.(Avtomobilqayırma, gəmiqayırma, dəzgahqayırma, dəqiqmaşınqayırma və s.). Bu istiqamətdə yaradılan müəssisələr əsasən uzunmüddətli istehsal müqavilələri ilə əlaqələrini qururlar. Nəticədə, belə müəssisələrin fəaliyyəti yalnız ölkədaxili iqtisadi vəziyyətlə yox, digər onunla əlaqədar müəssisələrin fəaliyyətinə öz təsirini göstərir. Şamaxıda 2005-ci ildən istismara verilmiş “Azsamand” avtomobil zavodu, İrandan iqtisadi vəziyyətin ağırlaşması nəticəsində öz fəaliyyətini dayandırdı.Respublikadakı digər maşınqayırma müəssisələri də belə təsirlərə məruz qalmışdır. Bütün bunlar onu göstərir ki, respublikada sənaye mərkəzlərinin yaradılmasında əsas diqqət daxili təbii resurs və texniki imkanlara söykənən tam dövriyyəli sənaye müəssisələrinin yaradılmasına yönəlməlidir. Bu istiqamətdə əhəmiyyətli addımlardan biri azad sənaye zonalarının yaradılması ola bilər. Azad sənaye zonaları xüsusi iqtisadi zonaların bir növü olaraq ilk öncə Abşeronda yaradılması məqsədəuyğun olar. Belə zonanın paliqonu kimi Ələt liman ətrafı ərazilər seçilə bilər. Əfsuslar ki, 2009-cu ildə Milli Məclis tərəfindən “Xüsusi İqtisadi Zonalar” haqqında Qanun qüvvəyə minməsinə baxmayaraq, hələ də respublika ərazisində belə zona yaradılmamışdır. Fikrimizcə, Ələt ərazisində yaradılası belə azad sənaye zonası bu istiqamətdəki irəliləyiş üçün ilk addım ola bilər. Eyni zamanda respublikada azad sənaye yaradılması ölkədə “Sənaye İli”nin keçirilməsində real praktiki nəticələrdən birinə çevrilə bilər.

Prof. DR. Çingiz İsmayılov

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com