Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda birja əqdlərinin həcmi xeyli artıb

2015-ci il may ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yanında Milli Depozit Mərkəzi (MDM) tərəfindən qeydə alınmış alqı-satqı səhmləri üzrə birja əqdlərinin həcmi ötən ilin may ayı ilə müqayisədə analoji göstərici 11 dəfə artıb.

Trend-in verdiyi məlumata əsasən, bu barədə MDM-nin saytında dərc olunan xəbərdə deyilir.

Məlumatda deyilir ki, hesabat dövründə nominal dəyəri 233,04 milyon manat həcmində 311 əqd, ötən ilin may ayında 20,4 milyon manat həcmində 394 əqd qeydə alınıb.

Birjadankənar əqdlərin həcmi ötən ilin may ayının analoji göstəricisi ilə müqayisədə 10,6 dəfə artıb. 2014-cü il may ayında MDM tərəfindən 4,98 milyon manatlıq 64 əqd qeydə alınıb.

İllik hesabatda əlavə emissiya üzrə əqdlərin həcmi 11,17 dəfə azalıb (2014-cü il may ayında 1,1 milyard manatlıq 47 əqd qeydə qalınıb).
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]