Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda böyük enerji obyekti istismara veriləcək

“Azərenerji” ASC 2015-ci ilin ikinci yarısında Abşeron yarımadasının enerji təchizatı üçün mühüm əhəmiyyətə malik olan “Şimal” elektrik stansiyasında ikinci qaz-buxar qurğusunu istismara verməyi planlaşdırır. Bunu “Azərenerji” ASC-dən deyiblər.

Cəmiyyətdən bildiriblər ki, qurğunun quraşdırılması üzrə işlər qrafikə uyğun aparılır: “Müəyyən yubanmalar ola bilər, lakin ilin ikinci yarısında qurğu istismara veriləcək”.

Qeyd edək ki, “Şimal” elektrik stansiyasında ikinci qaz-buxar qurğusunun gücü 409 meqavat təşkil edəcək. Hazırda stansiyada gücü 400 meqavat olan bir qaz-buxar qurğusu var.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]