Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda daşınmaz əmlakın sığortası üzrə müqavilələrin sayı azalıb

2015-ci ilin iyul ayında daşınmaz əmlakın icbari sığortası üzrə 7 893 sığorta müqaviləsi bağlanılıb.

Trend-in İcbari Sığorta Bürosuna istinadən verdiyi məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,3 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 69,35%-i yaşayış evləri və mənzillər, 0,38%-i inzibati binalar, 30,27%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 4,9%, sığorta haqlarının məbləğində isə 9,4 faiz azalma müşahidə edilib.

İyul ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 369, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 27 930 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 1 819 manat təşkil edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]