Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda elektrik avtomobilləri üçün enerji doldurma məntəqələrinin quraşdırılmasına başlanılıb

Azərbaycanda elektrik avtomobilləri üçün enerji doldurma məntəqələrinin quraşdırılmasına başlanılıbİyunun 17-dən Azərbaycanda elektrik avtomobilləri üçün enerji doldurma məntəqələrinin quraşdırılmasına başlanılıb.

Trend-in verdiyi məlumata əsasən, “GreenCar” MMC, “Azərişıq” ASC və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilən bu layihə çərçivəsində Bakının müxtəlif yerlərində və ölkəmizin bir sıra regionlarında müasir texnoloji vasitələrlə təmin olunan enerji doldurma cihazları quraşdırılacaq.

İlk belə enerjidoldurma məntəqəsi artıq Heydər Əliyev Mərkəzinin parkındakı parkinqdə istifadəyə verilib. Xüsusi proqram təminatı ilə idarə olunan enerji doldurma aparatları ən son texnoloji yenilikləri özündə əks etdirir və elektrik avtomobillərində mövcud olan bütün şarjetmə standartlarını dəstəkləyir.

Xatırladaq ki, “GreenCar” MMC IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə 2014-cü ildən ölkə ərazisində geniş miqyaslı innovativ-ekoloji layihələrin həyata keçirilməsinə başlayıb. Bu layihələrin əsas məqsədi ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsi, ətraf mühitin innovativ metodlarla qorunmasına xidmət etmək, bununla da ölkə ərazisində ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasına dəstək verməkdir.

Layihə çərçivəsində həmçinin müxtəlif ölkələrin istehsalı olan elektrik avtomobilləri, elektrik motosikletləri, elektrik velosipedləri və digər nəqliyyat vasitələri təqdim olunacaq.

Qeyd edək ki, iyunun 17-də “Bakı 2015” birinci Avropa Oyunları çərçivəsində “Azərbaycan evi”ndə Detroit Electric SP:01 idman avtomobilinin Avropada ilk təqdimat mərasimi keçirilib.

“GreenCar” MMC IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə həyata keçirdiyi ekoloji tədbirlər çərçivəsində Azərbaycanda ekologiyanın müdafiəsinə istiqamətlənən təqdimat edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]