Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda elektron hökumətin mobil platforması hazırlanıb

“Elektron hökumət” portalının (e-gov.az) mobil platforması hazırlanıb. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

Elektron hökumətin yeni mobil platforması ictimaiyyət üçün artıq sentyabrda əlçatan olacaq.

MHM-dən bildiriblər ki, əlavənin ilkin versiyası iOS əməliyyat sistemi mühitində funksional olacaq: “Perspektivdə ondan “Android” əməliyyat sisteminin idarəçiliyi altında işləyən mobil qurğu sahibləri də istifadə edəcəklər. Əlavəyə dövlət qurumlarının bəzi elektron xidmətlərindən istifadə etməyə imkan verən bir sıra funksiyalar qoşulub”.

Elektron hökumətin mobil platforması vətəndaş və təşkilatların xidmətləri rahat və operativ əldə etmələrinin keyfiyyətcə yeni mərhələsini, eləcə də dövlət qurumlarının fəaliyyəti barədə məlumatı təmin etməyə hesablanıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]