Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda elektron imza laboratoriyası yaradılır

Azərbaycan Texniki Universitetində elektron rəqəmsal imza laboratoriyası işə salınacaq. Trend-in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov brifinqdə deyib.

Onun sözlərinə əsasən, payızadək fəaliyyət göstərməyə başlayacaq laboratoriyanın əsas məqsədi tələbələrin IT sahəsində ixtisasını artırmaqdır: “Əsas vəzifə kadrların hazırlanmasına yardım etmək və tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqi üçün imkan yaradılmasıdır”.

N.Mərdanov qeyd edib ki, ali məktəbin nəzdində, həmçinin sınaq laboratoriyası fəaliyyət göstərəcək: “Tələbələr burada mobil əlavələrin hazırlanması, elektron xidmətlərin formalaşdırılması, onların “Elektron hökumət” portalına inteqrasiyası və gələcəkdə idarə edilməsi üzrə biliklər əldə edəcəklər. Bu biliklər sayəsində tələbələr ali məktəbi bitirdikdən sonra müxtəlif dövlət strukturlarında iş yeri ala biləcəklər”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]