Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda icbari sığorta növləri üzrə yığımlar artıb

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,7 faizi və ya 177,5 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çoxdur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatında deyilir.

Məlumatda bildirilir ki, icbarı sığorta növlərində yığım isə 105,6 milyon manat və ya bazarın 37,3 faizini təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 24,1 faiz böyüyüb: “7 ayda ümumi ödənişin 76 faizi və ya 79,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 47,3 faiz artıb”.

İcbari sığorta növləri üzrə ödəniş isə 25,2 milyon manat və ya ümumi bazarın 24 faizini təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 5,3 faiz çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 32,5 manat olub.

İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 28,1 manatdan 23,9 manata düşüb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]