Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda İKT sahəsinin gəlirləri 10 faizdən çox artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda əhali və təşkilatlara 937,2 milyon manat həcmində informasiya və rabitə xidmətləri göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz çoxdur.

Trend-in məlumatına əsasən, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin yeddi aylıq hesabatında deyilir.

Hesabata əsasən, ümumi informasiya və rabitə xidmətlərindən əhaliyə göstərilmiş xidmətlər 72,6 faiz təşkil edib. Bununla yanaşı, əldə edilən gəlirlərin 53,9 faizi mobil rabitə xidmətinin payına düşüb.

Azərbaycanda cari ilin yanvar-iyul aylarında mobil rabitə xidmətlərindən əldə olunan ümumi gəlirin həcmi 505,2 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,6 faiz azdır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]