Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda İT-texnoparkın fəaliyyəti ilə bağlı qanunverici təşəbbüslər hazırlanıb

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” MMC parkın gələcək fəaliyyəti ilə bağlı 12 qanunverici təşəbbüs hazırlayıb. Bu barədə Trend-ə Yüksək Texnologiyalar Parkının icraçı direktoru Seymur Ağayev deyib.

Onun sözlərinə görə, təşəbbüslər ətraflı təhlil və digər ölkələrin analoji təcrübəsi əsasında işlənib hazırlanıb: “İlkin mərhələdə bu təşəbbüslərdən 3-nü seçdik. Hesab edirik ki, bu 3 təşəbbüs Yüksək Texnologiyalar Parkının fəaliyyətinə tətbiq edilə bilər. İlk 2 istiqamət birbaşa intellektual məhsulların istehsalı, sahənin inkişafının stimullaşdırılması və xarici mütəxəssislərin işə cəlb olunması ilə əlaqədardır”.

S.Ağayev həmçinin bildirib ki, 3-cü model daha mürəkkəbdir və həm istehsal, həm də intellektual biznes sahəsi olmaqla bir neçə istiqamətdə effektiv ola bilər ki, bu da xarici kapitalın Azərbaycana cəlb olunması baxımından əhəmiyyətlidir.

Yüksək Texnologilayar Parkının inşası ilə bağlı məsələlərə gəldikdə isə, S.Ağayevin sözlərinə görə, hazırda tikintiyə hazırlıq gedir. O, qeyd edib ki, Yüksək Texnologiyalar Parkının ümumi planı hazırdır və təsdiqləndikdən sonra tikinti işləri başlaya bilər. Verilmiş mərhələdə köməkçi təsərrüfat binasının inşasına başlanılıb. Texnopark layihəsi potensial investorlara təqdim edildikdə tikili “showroom” kimi istifadə ediləcək.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]