Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri dəyişməyib

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri dəyişməyib Azərbaycanda oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətlərinin 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 0,1 faiz bahalaşmasına, çoxillik bitkilərin istehsalçı qiymətlərinin isə 3,2 faiz ucuzlaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, qarğıdalının 0,1 faiz, arpanın 2,7 faiz, xiyarın 2,2 faiz, pomidorun 0,5 faiz, bibərin 4,8 faiz, göyərtilərin 3,1 faiz, baş soğanın 0,9 faiz, kartofun 0,1 faiz, quru otun istehsalçı qiymətləri 3,0 faiz bahalaşıb, lobya dəninin istehsalçı qiymətləri 5,2 faiz, kələmin 1,3 faiz, baş sarımsağın 12,7 faiz, yoncanın istehsalçı qiymətləri isə 3,0 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 8,0 faiz, almanın 3,2 faiz, qozun istehsalçı qiymətləri 4,3 faiz ucuzlaşıb, armudun istehsalçı qiymətləri 11,5 faiz, üzümün 0,3 faiz, fındığın istehsalçı qiymətləri isə 11,6 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,9 faiz, yumurtanın istehsalçı qiymətləri 4,8 faiz ucuzlaşıb, mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,1 və 0,1 faiz, südün 0,7 faiz, quş ətinin (diri çəkidə) 1,7 faiz, balın istehsalçı qiymətləri isə 2,3 faiz bahalaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,7 faiz bahalaşma müşahidə olunub.

Trend.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]