Sorğu

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Azərbaycanda kənd təsərrüfatında dronlardan istifadə etmək təklif olunur

Azərbaycanda kənd təsərrüfatında dronlardan istifadə etmək təklif olunur Azərbaycanda “Simurq” adı almış ilk dron təqdim olunub. Qurğu Bakıda I Respublika Əqli Mülkiyyət və İnnovasiyalar Sərgisində nümayiş etdirilib.
Mühəndis-konstruktor Rizvan Qasımov Trend-ə deyib ki, qurğu müxtəlif sahələrdə – ərazinin xəritəsinin tərtib edilməsi üçün, fövqəladə hallar zamanı və kənd təsərrüfatında tətbiq edilə bilər.
Onun sözlərinə görə, “Simurq” dronu effektiv kameraya və sabitləşdirici sistemə malikdir: “Qurğunun müşahidə radiusu 10 kilometrə çatır: “Simurq” muxtar rejimdə 17 dəqiqədən 30 dəqiqəyədək işləyə bilər”.
R.Qasımov qeyd edib ki, Azərbaycanın bəzi strukturları bu uçan aparatdan istifadə etməyə maraq göstərirlər. Hazırda qurğunun xarici analoqları Fövqəladə Hallar Nazirliyinin xidmətindədir.

Trend.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com