Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda kredit borcları silinə bilərmi?

Azərbaycanda əhalinin banklara olan kredit borclarının silinməsi ilə bağlı maliyyə əsası və qanunverici əsas yoxdur. Bu barədə Trend-ə Azərbaycan Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev son günlər ölkədə banklara olan kredit borclarının silinməsi ilə bağlı yayılan məlumatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, bunların hamısı şayiədir.

Son günlər hökumətin əhalinin kredit borclarını siləcəyi ilə bağlı şayiələr gəzir. Söhbət kreditlərin həcminə gəldikdə isə müxtəlif rəqəmlər – 3, 5, hətta 10 min dollar – səsləndirilir.

Bununla bağlı C.Abdullayev deyib: “Niyə hökumət əhalinin kredit öhdəliklərini öz üzərinə götürməlidir? Hər hansı ölkənin hökuməti belə bir addım atmaq qərarına gəlsə, bu çox pis presedent olar. Belə olduğu təqdirdə, insanlar kredit götürər və hökumətin bu borcları silməsini gözləyərdilər”.

C.Abdullayev qeyd edib ki, Azərbaycanda artıq belə bir hal müşahidə edilib: “1996-cı ildə kolxoz və sovxozlar özəlləşdirilməyə başlayanda onların Aqrar Sənaye Bankına borclarının bir hissəsi silindi. Ancaq bunun üçün səbəb var idi, çünki özəlləşdirmə zamanı onların köhnə borcları qalırdı”.

O həmçinin bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda problemli kreditlərin payı elə də böyük deyil.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ölkədə problemli kreditlərin payı 6,1 faiz təşkil edir.

“Nikoil Bank” ASC-nin Özəl bankçılıq departamentinin rəhbəri Cavid Səfərov isə bildirib ki, bu məsələ ilə bağlı rəsmi bəyanat olmayıb və çətin ki, olsun: “Bu şayiələr əsassızdır. Əhalinin kredit borclarını silmək hökumətin nəyinə lazımdır? Bir çoxu bunu devalvasiya ilə əlaqələndirir, ancaq bu proses nəinki Azərbaycanda, həmçinin əksər MDB ölkələrində də baş verib. Devalvasiya nəticəsində dolların manata nisbətən məzənnəsi 34-45 faiz bahalaşdığı halda, digər MDB ölkələrinin valyutalarına nisbətdə 100-200, Ukraynada isə 300 faiz bahalaşıb”.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov da bu fikirdədir: “Belə olan halda hökumətin borcları silmək üçün mənbəyi olmalıdır. Ona görə də bunun real olduğunu düşünmürəm. Məncə, bu, növbəti təxribat xarakterli şayiədir”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]