Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasına nə mane olur?

Azərbaycanda kreditlərin faiz dərəcələrinin yüksək olması uzun müddət aktual problem olub. Vaxtaşırı Azərbaycan Mərkəzi Bankı (AMB) bu məsələni qaldırıb, banklara kredit faizlərini aşağı salmağı tövsiyə etsə də, bu, istənilən nəticəni verməyib. Hazırda AMB daha sərt tədbirlərə keçib. Bu da öz nəticələrini verir. Lakin bütün bunlara baxmayaraq, kredit faizlərinin aşağı düşməsinə mane ola biləcək bir sıra amillər mövcuddur.

Bankların kredit alması üçün AMB yeganə mənbə deyil. Problemlərin bəziləri məhz bununla əlaqədardır.

Kredit resursu əldə etmək üçün bank qiymətli kağızların borc bazarına çıxa, beynəlxalq maliyyə təşkilatlarından kredit ala, öz vəsaitlərini istifadə edə bilər. Əsas kredit mənbələrindən biri bank əmanətləridir. Ona görə kreditlər üzrə faiz dərəcələri və depozitlər arasında müəyyən əlaqə var.

Beləliklə, bank əhalinin vəsaitini illik 12-15 faizlə toplayırsa, ona ucuz kredit təklif etmək çətindir. Axı bank gəlir əldə etməli olan kommersiya strukturudur və buna görə toplanan vəsaitin üzərinə marjanı (fərqini) əlavə etməlidir.

Əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması kreditlərin ucuzlaşmasına imkan yaradardı, ancaq belə olduğu təqdirdə, bu həm də əmanətlərin gəlirliliyini də aşağı salacaq. İş orasındadır ki, depozit əlavə gəlir mənbəyi olmaqdan daha çox öz vəsaitini qorumaq imkanıdır.

Hərçənd Azərbaycanda əmanətə məhz birinci variant kimi baxılır. Dünyada əlavə gəlir əldə etmək baxımından bank əmanətlərinə alternativlər var. Avropada əhalinin yalnız üçdə biri depozitə vəsaitini artırmaq imkanı kimi baxır. Əksəriyyət həyat yığım sığortasından, qiymətli kağızların əldə edilməsindən, qiymətli metal və daşınmaz əmlaka investisiya qoymaqdan istifadə etməyə üstünlük verir. Populyar alternativlər arasında pensiya və paylı fondlar da var.

Azərbaycanda investisiya üçün son iki variant hələlik mövcud deyil. Lakin hazırda dövlət pensiya sistemində yığım elementinin tətbiqi və özəl pensiya fondlarının yaradılması üzrə qanunvericilik layihəsi hazırlanır. Bu istiqamətdə işlərin bu ilin noyabr ayında başa çatacağı gözlənilir.

Beləliklə, kredit faizlərinin aşağı salınmasına həmçinin əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması hesabına nail olmaq olar. Bu da öz növbəsində həyat yığım sığortası və ya qiymətli kağızlar bazarı kimi alternativ investisiya istiqamətlərinin inkişafına imkan yarada bilər.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]