Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda neft məhsulları istehsalı 11% azalıb

Azərbaycanda neft məhsulları istehsalı 11% azalıb Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 419,1 mln. manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9% azalıb.
Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk iki ayı ərzində 198,1 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,6% azdır.
Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 47,8% azalaraq 15,1 min ton təşkil edib. Bu müddət ərzində 115,8 min ton ağ neft istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır.
Bu il ərzində dizel yanacağının istehsalı 15,9% azalaraq 372,1 min olub. Yanvar-fevral ayları ərzində Azərbaycanda neft bitumunun istehsalı da ötən ilin analoji dövrünə nisbətdə 12,4% azalaraq 42,3 min ton təşkil edib.
Hesabat dövründə təkcə sürtgü yağlarının istehsalı 28,8% artaraq 7,6 min ton olub.

APA

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]