Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda neft və qaz hasilatının həcmi açıqlandı

Bu il Azərbaycanda təqribən 40,7 milyon ton neft hasil ediləcəyi planlaşdırılır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov Bakıda keçirilən XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransında deyib.

2015-ci ildə qaz hasilatının 30,2 milyard kubmetr səviyyəsində olacağı proqnozlaşdırılır.

Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycanda neft hasilatı 42 milyon ton, qaz hasilatı isə 29,6 milyard kubmetr təşkil edib.

R.Qurbanov qeyd edib ki, bu il SOCAR-ın neft hasilatı 8,3 milyon ton, qaz hasilatı isə 6,5 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır: “Şirkətin bu il hasil edəcəyi neftin ümumi həcmindən 6,5 milyon ton emala, 1,7 milyon ton isə ixraca göndəriləcək”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]