Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda ödəniş terminallarından pul oğurlamaq olmayacaq

“Modenis” şirkəti (“eManat” terminal şəbəkəsi) Azərbaycanda ödəniş terminallarından nağd vəsaitin oğurlanmasının qarşısını almaq üçün onların müdafiəsini gücləndirəcək. Bunu Trend-ə şirkətdən deyiblər.

Bildiriblər ki, ödəniş terminallarına qarşı vandalizm aktları və onlardan nağd vəsaitlərin oğurlanması ilə bağlı mənfi hallar nəzarət altındadır və belə halların aradan qaldırılması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi imkanları araşdırılır.

Şirkətdən vurğulayıblar ki, belə mənfi hallarının qarşısını almaq üçün ilk növbədə təhlükəsizlik standartlarına ciddi əməl edilir: “Onların quraşdırıldığı obyektlərdə monitorinqin nəticələri üzrə səhvlər aşkar edilərsə, o zaman obyektlərin sahibləri bu barədə məlumatlandırılır. Əgər onlar terminalların təhlükəsizliyini lazımi səviyyədə təmin etmirlərsə, terminallar istismardan çıxarılır”.

Qeyd edək ki, hazırda respublika üzrə “eManat” ödəniş terminallarının sayı 2 mini ötür.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]