Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda qızıl istehsalçısı fəaliyyətini genişləndirir

Azərbaycanda qızıl istehsalçısı “Anglo-Asian Mining PLC” (AAM) şirkəti 2015-ci ilin ikinci yarısında yeni “Qadir” mədənində qızıl hasilatına başlayacaq. Bu barədə Trend şirkətə istinadən məlumat verir.

“Qadir” yeraltı mədəni “Gədəbəy” mədən kompleksindən təqribən 1 kilometr aralıda yerləşir.

AAM ötən il daha bir mədəndə – “Qoşa”da qızıl hasilatına başlayıb. 2014-cü ildə bu mədəndə 28 891 min ton filiz hasil edilib, hər tondan 4,15 qram qızıl çıxarılıb.

“Qoşa”nın ehtiyatları təqribən 40 min unsiya qızıl qiymətləndirilir. Bu həcmin 2017-ci ilədək hasil edilməsi planlaşdırılır.

Şirkət bu ilin I rübündə 17 193 unsiya qızıl hasil edib ki, bu da ötən ilin analoji göstəricisindən 52 faiz çoxdur.

AAM bu ilin sonunadək 70-75 min unsiya qızıl hasil etməyi planlaşdırır; onun bir hissəsi “Qoşa” və “Qadir” mədənlərində hasil ediləcək.

Qeyd edək ki, Azərbaycanda bi ilin I rübündə SART metodu ilə 182 ton mis və 1950 unsiya gümüş hasil edilib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]