Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda qızıl istehsalçısı yeni kredit cəlb edib

“Anglo Asian Mining PLC” (ААМ) şirkətinin baş direktoru Rza Vəziri AAM-a 10 faizlik dərəcə üzrə 4 milyon dollar məbləğində kredit təqdim edib.

Trend-in şirkətə istinadən verdiyi məlumata görə, kredit 2016-cı il yanvarın 8-dək ödənilməlidir.

Kreditlər üzrə faizlər ödəniş müddətinin sonunda ödənilməlidir.

Kredit vəsaiti şirkətin dövriyyə kapitalına yatırılacaq.

Qeyd edək ki, 2015-ci il martın 31-nə olan məlumata görə, şirkətin xalis borcu 50,7 milyon dollardır. “Anglo Asian Mining” cari ilin I rübündə 17 193 unsiya qızıl, SART metodu ilə 182 ton mis və 1950 unsiya gümüş hasil edib. AAM bu ilin sonunadək 70-75 min unsiya qızıl hasil etməyi planlaşdırır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]