Sorğu

Loading ... Loading ...

Təqvim

Сентябрь 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

“Azərbaycanda Regional İnkişaf Mərkəzi Fondunun” Bakı Expo mərkəzində keçirilən növbəti sərgidə iştirakı

 “Azərbaycanda Regional İnkişaf Mərkəzi Fondunun” Bakı Expo mərkəzində keçirilən növbəti sərgidə iştirakı 19-21 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində “Xəzər: ətraf mühit üçün texnologiyalar” 5-ci Yubiley Beynəlxalq ətraf mühit sərgisi (“CTE 2014”) öz işinə başladı. Sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian”, “Caspian Event Organisers” (CEO) və “ITE Group Plc” şirkətləri çıxış edirlər.
Bu sərgidə çoxlu sayda yerli və xarici ölkələrdən gələn şirkətlər çıxış edirlər. Sərgidə yerli şirkətlərin böyük qismini dövlət strukturları təşkil edir həmçinin bununla yanaşı olaraq ictimai təşkilatlarvə QHT-lər də iştirak edirlər. “CTE 2014” sərgisi ziyarətçilərin diqqətini ətraf mühitin mühafizəsi üzrə problemlərə və onların həlli yollarına, eləcə də bir çox digər məsələlərə yönəltməklə, təbii resurslardan səmərəli istifadə sahəsində ən yeni məhsulları, sülb (bərk) tullantıların yığılması və utilizasiyası üzrə sistemləri və alternativ energetika avadanlıqlarının müasir nümunələrini nümayiş etdirir. Bu il sərginin fərqləndirici cəhəti kənd təsərrüfatında suvarma prosesində və istehsalatda təkrar istifadə məqsədi ilə radioaktiv suların təmizlənməsi sistemləri üzrə xarici ekspozisiyaların artmasıdır.
Keçirilən sərgidə “Azərbaycanda Regional İnkişaf Mərkəzi Fondu”da iştirak edir. Təşkilatımıza ayrılmış stenddə 2014 cü ildə həyata keçirdiyimiz “Abşeronda Yerli İcmalar Tərəfindən Ətraf Mühitin Vəziyyətinin Qiymətləndirilməsi (Mərdəkan, Bilgəh, Şağan və Şüvəlan)” adlı sosialoji sorğunun nəticələrindən ibarət stend yer tutur. Sərgi ziyartçilərinə keçirilmiş sorğunun daha şəffaf çatdırılması üçün layihə əsasında hazırlanmış bukletlərdən və sorğunun nəticələrini göstrən stenddən istifadə edilir. Keçirdiyimiz sorğunun əsas məqsədi Abşeron qəsəbələrində ətraf mühitin vəziyyətinə dair sosialoji sorğu əsasında yerli sakinlərin münasibətini müəyyən etməkdən ibarətdir. Sorğu Abşeron rayonunun Mərdəkan, Bilgəh, Şağan və Şüvəlan qəsəbələrində (hər birində 100 respandentolmaqla) keçirilmişdir.
Sərginin keçiriləcəyi 3 gün ərzində iştirakçılar və ziyarətçilərlə qarşılıqlı ünsiyyət zamanı məsləhətlər və təkliflər irəli sürüləcək. Bizim sərgidə maraqla iştirak etməyimizin əsas məqsədi ondan ibarətdir ki, yaşadığımız mühitin daha təmiz daha uzun ömürlü olmasını təmin etməkdir. Ətraf mühitin tullantılardan azad olması, təmiz və korlanmadan istifadə edilməsi üçün təşkilatımız daima maarifləndirmə işlərini davam etdirməyə hazırdır. Regionların inkişafı ila bağlı həyata keçirdiyimiz layihələrdə əsas diqqəti ətraf mühitin mühafizəsinə yönəldirik. Belə sərgilərin keçirilməsi yaşadığımız mühitin mühafizəsində böyük rol oynayır və bizim təşkilatda hər zaman belə sərgilərdə iştirak etmək üçün hazırdır.

İcraçı director: Rəcəbov Vasif

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com