Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda sərf edilən internet-trafikin həcmi rekord göstəriciyə çatdı

2015-ci il mayın əvvəlində ölkənin ilk provayderi “Delta Telecom” şirkətinin şəbəkəsi ilə daxil olan internet-trafikin həcmi aprelin əvvəli ilə müqayisədə 3,2 faiz artaraq 160 Gbit/saniyə təşkil edib. Bu barədə şirkətin statistik hesabatda deyilir.

Şəbəkənin yüklənmə dinamikası günün vaxtlarından asılı olaraq dəyişilir və ən böyük yüklənmə axşam saatlarına (saat 19:00 – 22:00, 140-160 Gbit/saniyə) düşür. Gündüz saatlarında bu göstərici 17 Gbit/saniyəyə qədər azalır.

“Delta Telecom”un məlumatına əsasən, hesabat dövründə xaric olan trafikin həcmi 35-dən 37 Gbit/saniyəyədək artıb. Hazırda AzNET seqmentinin ümumi tutumu 330 Gbit/saniyə təşkil edir.

“Delta Telecom” şirkətinin trafiki 27 telekommunikasiya operatoru (dövlət və özəl internet-provayderlər, mobil rabitə operatorları və digərləri) arasında bölüşdürülür.

Mayın 6-na olan vəziyyətə görə, son istifadəçiyə çatdırılan internet-trafikin daha böyük həcmi “BakinterNet” dövlət internet-provayderinin (26,86 faiz) payına düşür. İkinci yeri 16,64 faizlik payla “Aztelekom”, üçüncü yeri isə 11,97 faizlik payla “Unine” (“Stream” ticarət markası) tuturlar.

Yerdə qalan 44,53 faiz “AlfaNet”, “Azintex”, “Eurotelecom”, “Smart Systems”, “AG Telecom”, “Azedunet”, “Caspel”, “QlobalNet”, “Ultel”, “Avirtel”, “AzStarNet”, “Castel”, “MegaTelecom”, “Azerin”, “Stellford” (“Connect” ticarət markası), “Nakhchivan”, “Azeronline”, “Azqtel”, “DATAPlus”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, “AzEuroTel”, “Bakcell”, “Eurocel” и “TransEuroCom” arasında bölüşdürülüb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]