Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb

Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
2013-cü ilin avqust ayında əvvəlki ayla müqayisədə Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,8 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 0,9 faiz, idxal üzrə 0,2 faiz və yerli əlaqə üzrə 2,1 faiz ucuzlaşıb, tranzit üzrə isə 2,1 faiz bahalaşıb.
Dəniz nəqliyyatı vasitəsilə xarici ölkələrə yükdaşıma tarifləri 5,7 faiz ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,8 faiz, digər xarici ölkələrə isə 5,2 faiz bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,1 faiz bahalaşıb.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 7,8 faiz ucuzlaşıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]