Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda sahibkarlıq güzəştli maliyyələşmənin yarıdan çoxunu istifadə edib

2015-ci ilin ötən dövrü ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən respublika üzrə 3590-dan çox sahibkara 132,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Trend xəbər verir ki, bu barədə Ağdam rayonunda sahibkarlara güzəştli kreditlərin verilməsinə həsr olunmuş işgüzar forum zamanı SKMF-nin icraçı direktoru Şirzad Abdullayev deyib.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Ağdam rayonunun Quzanlı kəndində keçirilib. Forumda 100-ə yaxın sahibkar iştirak edib.

Ş.Abdullayev qeyd edib ki, indiyədək SKMF xətti ilə 1704 məcburi köçkün sahibkara 37.5 milyon manat güzəştli kredit verilib. 2015-ci ilin ötən dövründə isə 187 məcburi köçkünə 4 milyon manatadək güzəştli kredit verilib və bu kreditlər hesabına 250-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İşgüzar forum çərçivəsində Ağdam və ətraf rayonlarından olan 49 sahibkara 533 min manat güzəştli kredit verilib və bu kreditlər hesabına 68 yeni iş yerinin yaradılması imkanı yaranıb.

Forum çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Ağdam rayonunun Əfətli kəndində müasir heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]